Azərbaycan və Rusiya vətəndaşlarının ölkələrinə qayıtması mexanizmi hazırlanacaqbackend

Azərbaycan və Rusiya vətəndaşlarının ölkələrinə qayıtması mexanizmi hazırlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin epidemioloji tədbirlərə məruz qalan vətəndaşların Azərbaycana qayıtması üçün bir mexanizmin hazırlanmasını tapşırıb.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, sözügedən tapşırıqlar hər iki ölkə vətəndaşlarının sərhəddən keçirilərək öz vətənlərinə qaytarılmasını koronavirusun yayılması nəzərə alınmaqla Rusiya ərazisindəki əhalinin sanitar-epidemioloji sağlamlığını təmin etmək üçün müvafiq tədbirlər görmək şərtilə təşkil etməyi nəzərdə tutur.

Qeyd edək ki, tapşırıq 31 maya qədər təqdim olunmalıdır.