Azərbaycanda dəhşət: Yeniyetmə qızı zorlayıb, VİDEOSUNU çəkdilərbackend

Azərbaycanda dəhşət: Yeniyetmə qızı zorlayıb, VİDEOSUNU çəkdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda dörd nəfər yeniyetmə qızı zorlayıb.

NOCOMMENT-in oxu.az-a istinadən məlumatına görə, 14 yaşlı qızla cinsi əlaqədə olan şəxslər hadisənin videosunu çəkərək kənd sakinləri arasında yayıblar.

Bununla bağlı qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən dörd nəfər müəyyən edilib: “Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.