Bərdədə azyaşlını it dişləyib – YENİLƏNİBbackend

Bərdədə azyaşlını it dişləyib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Bərdə rayon mərkəzi xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

***

17:45

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. 2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib. Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.