Azərbaycanda elektron resept tətbiq olunacaqbackend

Azərbaycanda elektron resept tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dərman vasitələri haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklərin istiqamətləri müəyyənləşib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.

“1.0.35-ci maddəyə əsasən dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə (track and trace) sisteminin tətbiq edilməsini və bununla bağlı yeni hüquqi tənzimləməni nəzərdə tutur. Bu sistem istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaqdır. Növbəti istiqamət üzrə dəyişiklik dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqini nəzərdə tutur ki, bu da “Dərman vasitələrinə reseptlərin yazılması” adlı yeni 12-1-ci maddədə təsbit edilir. Bütövlükdə reseptin yeni və geniş anlayışının verilməsi, elektron reseptin tətbiqi, dərman vasitələrinin reseptə yazılması qaydası layihədə qeyd edilən bir digər yenilikdir.

Elektron reseptin tətbiqi reseptdə dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin yazılması hallarının qarşısının alınması, reseptə bioloji fəallığa malik qida əlavələrinin yazılması hallarının qarşısının alınması və resept üzərində dövlət nəzarətinin gücləndirilməsi məqsədi müəyyən edilib. Reseptə yalnız dərman vasitəsinin təsiredici maddəsinin yazılması nəzərdə tutulur.

9.6-cı maddəyə görə dövlət qeydiyyatında olmayan dərman vasitələrinin reseptə yazılması zərurəti yarandıqda, həmin resept Səhiyyə Nazirliyi tərəfindən yoxlanılıb təsdiq edildikdən sonra pasient və topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan arasında müqaviləyə əsasən yalnız reseptdə yazılan miqdarda dərman vasitəsi ölkəyə gətirilə bilər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.