Azərbaycanda əsgərliyə getmək istəməyənlər axtarışa verildilərbackend

Azərbaycanda əsgərliyə getmək istəməyənlər axtarışa verildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsi ötən ilə aid Azərbaycandakı kriminogen vəziyyətlə bağlı göstəriciləri açıqlayıb.

NOCOMMENT-in xəbərinə görə, istintaqdan və məhkəmədən yayınanların sayı ötən il 4 967 nəfər olub, 5 167 nəfər axtarışa verilib, onlardan 69 nəfəri dövlət hakimiyyəti əleyhinə cinayət törətmiş şəxslərdir.

2019-cu ildə 33 nəfər hərbi xidmət keçməkdən boyun qaçırdığı üçün axtarışa verilib. Əsgərliyə getməkdən yayınanlardan 27 nəfəri axtarış zamanı müəyyən edilərək saxlanılıb.

Həmin il 904 nəfər itkin düşüb, onlardan 144 nəfəri 18 yaşdan aşağı şəxslərdir.