Azərbaycanda iki mərkəz fəaliyyətini dayandırdıbackend

Azərbaycanda iki mərkəz fəaliyyətini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində hüquqi şəxs olan iki təşkilat fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.

Onun sözlərinə görə, bunlar İstilik Sistemləri və Qurğuları Layihə Smeta Elmi Tədqiqat Mərkəzi və İxtisasartırma və kadrların yenidən hazırlanması Tədris Mərkəzidir.

E.Basqallı bildirib ki, aparılan islahatlar və struktur dəyişikliklərindən sonra həmin təşkilatların fəaliyyət göstərib-göstərməyəcəkləri ilə bağlı müvafiq qərar qəbul ediləcək. (İqtisadiyyat.az)