Azərbaycanda internetin sürəti niyə bu qədər zəifdir?backend

Azərbaycanda internetin sürəti niyə bu qədər zəifdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70%-i interneti ADSL üzərindən alır. Bu texnologiyanın da sürətli olması üçün yeni infrasturuktura ehtiyac var.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

“ADSL texnologiyasının saniyədə 10 MB yuxarı həddi var. Sabit genişzolaqlı internet xidmətini fiber-optik üzərindən Azərbaycanda 19%, Gürcüstanda 93%, Rusiyada isə 68% istifadəçi alır. İnternetin daha sürətli olması üçün infrastrukturu yeniləmək, lazımi texnologiyalara böyük həcmdə investisiyalar yatırmaq lazımdır. Son bir ildə nazirliyin ən çox diqqət ayırdığı məsələ budur. Nəticə olaraq yaxın vaxtlarda üç şirkət – “Aztelekom”, “Baktelekom” və “Azəronlayn”ın dövlət-özəl tərəfdaşlığı əsasında ən böyük fiber-optik kabelin yenilənməsi və birgə investisiya yatırımı qərarı alınıb”, – deyə nazirlikdən bildirilib.

2021-ci ilin sonunadək 3 şirkət üzrə 436 min ev təsərrüfatının müasir GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasına keçdiyi bildirilib: ”Ümumi mənzərəni “Speedtest” hesabatında da görmək mümkündür. Növbəti ildə isə 420 min ev təsərrüfatı eyni üsulla kabelləşdiriləcək. 2024-ci ilin sonunadək ölkə ərazisindəki bütün ev təsərrüfatları internetlə təmin olunacaq. 2021-ci ilin mart ayında ölkədə internetin (download) sürəti 12,5 Mb/s olduğu halda 2022-ci ilin mart ayında bu göstərici 21,2 Mb/s olub. İnternetin minimum sürətinin növbəti illərdə 25 mb/s-ə çatdırılması hədəflənir”.