Norveç müdafiə büdcəsini 56 milyard dollar artırmağı planlaşdırırbackend

Norveç müdafiə büdcəsini 56 milyard dollar artırmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç hökuməti rəsmi internet saytında uzunmüddətli müdafiə büdcəsi planı ilə bağlı bəyanat dərc edib və bunu “tarixi artım” kimi qiymətləndirib.

NOCOMMENT.az xəbər verir ki,  Norveçin baş naziri Yonas Qar Stör, müdafiə büdcəsini təxminən 56 milyard dollar (600 milyard kron) artıraraq 2036-cı ilə qədər ümumi müdafiə xərclərini təxminən 152 milyard dollar (1624 milyard kron) hədəflədiklərini ifadə edib.

Norveçin yaranan təhlükəsizlik mühitində məqsədə uyğun bir müdafiəyə ehtiyacı olduğunu ifadə edən Store, bu vəziyyətin heç bir ölkəni və ya NATO-nu təhdid etmədiyini, müharibə vəziyyətində ölkələrini qoruyacaq vəziyyətdə olmaları lazım olduğunu söyləyib.

“Təhlükəsizlik mühitimiz pisləşdikcə, biz daha çox xərcləməli, müdafiə və hazırlıq məsələlərinə daha çox diqqət yetirməliyik”,- deyə Stör bildirib.