Azərbaycanda ixtira edilən 4 yeni kartof sortu fermerlərə təqdim olunacaqbackend

Azərbaycanda ixtira edilən 4 yeni kartof sortu fermerlərə təqdim olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 4 yeni kartof sortu fermerlərə təqdim edilməyə hazırdır.

NOCOMMENT.az-ın trend.az-a istinadən verdiyi xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib ki, yeni ixtira olunan kartof sortları artıq şəhadətnamə alınma ərəfəsindədir:

“Yeni kartof sortları “Çənlibel”, “Turan”, “Vaqif” və “Uğur” adlandırılıb. Bu sortlar bu il, ya da növbəti ildə fermerlərə təqdim ediləcək. Artıq həmin sortların nümayiş əkinləri başlanıb. Hazırda Gədəbəy rayonunda 4 sotda yeni kartoflar əkilib. Yeni kartof sortları digərlərindən daha məhsuldardır, xarici sortlarla qarışığı yoxdur”.