“Ermənistan masaya qoyulan yeməyə çevrilib” – Poqosyanbackend

“Ermənistan masaya qoyulan yeməyə çevrilib” – Poqosyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xarici siyasət proseslərində Ermənistan süfrə arxasında əyləşən ölkədən hər kəsin özü üçün ləzzətli bir loxma kəsməyə can atdığı bir dövlətə çevrilib”.

NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Tevan Poqosyana məxsusdur.

Onun sözlərinə görə, Paşinyan hökumətinin yeritdiyi xarici siyasət xətti kənar oyunçular üçün kifayət qədər açıq və aydındır:

“Bu addımların Ermənistanın suverenliyinin və müstəqilliyinin artırılması ilə heç bir əlaqəsi yoxdur, Ermənistan digər oyunçulara verilən yemək kimi masanın üzərinə qoyulub.

Ümumilikdə bu gün heç bir ölkə tam müstəqil deyil, çünki bu və ya digər sahədə hər bir ölkə başqalarından asılıdır. Ermənistana gəlincə, tam müstəqillikdən danışarkən nəyin nəzərdə tutulduğu tam aydın deyil. Ümumi bir misal: ölkə daxili tələbatı tam ödəmək üçün öz sahələrində kifayət qədər buğda yetişdirə bilərmi? Ermənistan kənd təsərrüfatı məhsullarına olan tələbatı yalnız daxili imkanlar hesabına ödəyə bilərmi? Yox. O zaman tam müstəqillikdən danışmağa dəyməz”.

Musavat.com