Azərbaycanda kişilərin yarısı pensiya almadan vəfat edir – RƏSMİbackend

Azərbaycanda kişilərin yarısı pensiya almadan vəfat edir – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Açıqlanan sonuncu məlumata görə Azərbaycanda il ərzində 55 min 916 nəfər vəfat edib.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, vəfat edənlərin 29 min 926 nəfərini kişilər, 25 min 990 nəfərini isə qadınlar təşkil edib.

Vəfat edən kişilərin isə 49,8%-i və ya 14 min 905 nəfəri 65 yaşına çatmadan ölüblər.

Məlumat üçün qeyd edək ki, 1 iyul 2020-ci tarixindən etibarən Azərbaycanda kişilər 65 yaşından sonra penisyaya çıxırlar.