Azərbaycanda sərt karantinlə bağlı daha bir AÇIQLAMAbackend

Azərbaycanda sərt karantinlə bağlı daha bir AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycanda yoluxma sayının artması bir sıra sualları ortaya çıxarıb. Hamını narahat edən sual isə yenidən sərt karantin rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlıdır. Hazırda yoluxma sayının artmasına səbəb nədir?

NOCOMMENT pravda.az-a istinadən bildirir ki, həkim-infeksionist Nilufər Məmmədovanın dediyinə görə, hazırda ölkədə epidemioloji vəziyyət narahat doğuracaq səviyyədə deyil: “Azərbaycanda mərhələli şəkildə sərt karantin rejimi tətbiq edilir. Mərhələli olaraq qapanmaların, yenidən açılmaların olacağını öncədən biz gözləyirdik. Təbii ki, tam qapanma ciddi sosial-iqtisadi böhrana səbəb ola biləcəyi üçün mərhələli şəkildə qapanma əksər ölkələr üçün daha uyğundur. Karantin rejiminin ləğv olunduğu zaman yoluxma sayında artımın olması gözləniləndir. Düşünürəm ki, son günlər müşahidə edilən yoluxma sayı stabil qalsa, yenidən tam qapanmaya ehtiyac qalmayacaq.

Əgər rəqəmlərdə ciddi bir artım müşahidə edilərsə, həkimlər, tibb işçiləri yüklənmiş formada çalışarlarsa, yenidən qapanmalar ola bilər”.

İnfeksionistin sözlərinə görə, yoluxma sayının artmasında məktəblərin, universitetlərin, bağçaların açılmasının böyük rolu var: “İstər-istəməz ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb. İctimai nəqliyyatın yükləmə ilə işləməsi, təhsilin yenidən bərpa olunması yoluxma sayının artmasına təsir edib.

Yoluxmanın hansı həddə kimi təhlükəli olmasını əvvəlcədən demək də mümkün deyil. Xəstəxanaların, ayrılmış səhiyyə ocaqlarının tam dolması zamanı artıq yoluxma təhlükə yaradır. Bu zaman stasionar ehtiyacı olan xəstələri yerləşdirmək mümkün olmur. Ancaq o həddə biz hələ ki çatmamışıq”.