Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var – Videobackend

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Mouze” teleqram kanalı yayıb.

Hücum nəticəsində bir nəfərin həlak olduğu, daha bir nəfərin isə yaralandığı bildirilir.

Hadisə bu gün səhər saat 8:30 radələrində baş verib.

Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.

Hücum edən şəxs saxlanılıb. İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub.

Azərbaycan XİN-in məlumatına görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.