"Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir.
NOCOMMENT.az xəbər verir ki, bunu "Dinamo"nun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə keçirilən mətbuat konfransında deyib.
"PAOK-la oyundan nəticə çıxarmalıyıq. Futbolda səhvlər qaçılmazdır. Əsas məsələ futbolçuların həmin səhvlərə necə reaksiya verməsi və onları aradan qaldırmasıdır. Komandamızın oyundan-oyuna inkişaf edəcəyinə inanıram. "Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir. Bununla yanaşı, biz də öz gücümüzə inanırıq, rəqibi təhlil etmişik və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik", - Kostyuk bildirib.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.












