Şəkidə açıq ərazidə yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Küdürlü kəndi inzibati ərazisində, yol kənarındakı açıq sahədə qeydə alınıb.
Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində 7 hektar sahədə quru ot və kol-kos yanıb.
Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. apa.az











