Azərbaycanlı İstanbulda ağır qəza törətdi – VİDEObackend

Azərbaycanlı İstanbulda ağır qəza törətdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı Türkiyədə ağır yol qəzası törədib.

NOCOMMENT modern.az-a istinadən məlumat verir ki, Zincirliquyu istiqamətindən Beşiktaşa gedən Azərbaycan əsilli Rəfail Əliyevin istifadə etdiyi 99 MB 888 Azərbaycan dövlət nömrə nişanlı avtomobil Oktay Aray adlı şəxsin idarə etdiyi 34 TAB 06 nömrəli taksiyə çırpılıb.

Qəza nəticəsində taksi əvvəlcə yol kənarındakı baryerlərə, daha sonra kənarda dayanmış mikroavtobusa dəyib.

Qəza yerinə xilasedicilər və polis cəlb edilib. Taksinin altında qalan Aray yanğınsöndürənlərin və ətrafdakı vətəndaşların köməkliyi ilə xilas edilib və ağır vəziyyətdə. xəstəxanaya çatdırılıb. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.