Azərbaycanlı PR mütəxəssis beynəlxalq yarışmada münsiflər heyətində… – FOTObackend

Azərbaycanlı PR mütəxəssis beynəlxalq yarışmada münsiflər heyətində… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APRA (Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası) Eventiada IPRA GWA-nın tərəfdaşı olaraq, bütün PR və Kommunikasiya mütəxəssislərini 15 Oktyabr 2021-ci il tarixinə qədər davam edəcək müsabiqədə iştirak etməyə dəvət edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası (APRA) və Baku School of Public Relations şirkətinin direktoru İlham Məmmədov verib.

İlham Mammadov Jury Eventiada IPRA GWA

İ.Məmmədov bildirib ki, “Eventiada IPRA GWA” Şərqi Avropa, MDB və Mərkəzi Asiyada ən böyük kommunikasiya mükafatıdır.

O, həmçinin qeyd edib ki, beynəlxalq münsiflər heyətinə 17 ölkədən 35 təşkilatın üzvləri daxildir. Yarışmada müxtəlif kateqoriyalar və fəaliyyət sahələri üzrə ən yaxşı ünsiyyət layihələri və bu sahədə ən yaxşı mütəxəssislər mükafatlandırılır.

Qeyd edək ki, Eventiada IPRA GWA, 2020-ci ildən bəri BMT-nin Davamlı İnkişaf Məqsədlərini (DİM) dəstəkləyir.

Layihələr ilə əlaqədar müraciət etmək üçün mükafatın www.eventiada.com saytına daxil olub qeydiyyatdan keçmək mümkündür.

“Artıq 3-cü ildir ki, Beynəllxalq PR və Kommunikasiya yarışması olan Eventiada IPRA GWA-nın münsiflər heyətində təmsil olunuram və bundan qürür duyuram”, – deyə İlham Məmmədov vurğulayıb.

Eventiada_IPRA_GWA
Eventiada_IPRA_GWA