Azəriqaz: Bu sayğaclar istismardan yığışdırılırbackend

Azəriqaz: Bu sayğaclar istismardan yığışdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Smart-kart tipli sayğaclar istehsalatdan mütləq çıxacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, bütün dünyada smart-kart tipli sayğaclar artıq istehsalatdan çıxır və “Azəriqaz” da artıq bu sayğacların alınmasını qismən dayandırıb: “Növbəti ildə 60 minə yaxın belə sayğacın alınmasını həyata keçirəcəyik. Yəqin ki, bu bizim son müqaviləmiz olar. Artıq Avropada bu sayğaclar ümumiyyətlə istehsal olunmur və istismardan yığışdırılır”.