“Azəristiliktəchizat” məhkəməyə verilibbackend

“Azəristiliktəchizat” məhkəməyə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, ASC-ni məhkəməyə verən şəxs Haşımov Yunis Əli oğludur.

Yunis Haşımov məhkəmədə ASC rəhbərliyi barəsində “Sair mülki iş – Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi”nə dair iddia qaldırıb.

İşə 05.04.2024-cü il tarixində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İlham Mirzəliyev 2022-ci ilin fevral ayından “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini icra edir.