Azəristiliktəchizat yubanmalara aydınlıq gətirdi – VİDEObackend

Azəristiliktəchizat yubanmalara aydınlıq gətirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda istehlakçıların istiliklə təchizatına 3 gün gecikmə ilə, ötən gündən başlanılıb.

Yubanmaya səbəb “Azəristiliktəchizat” ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə 18 milyon manat borcunun olmasıdır.

NOCOMMENT xəbər verir ki, səhmdar cəmiyyətinin sədri müavini İlham Mirzəliyev report-a eksklüziv müsahibəsində bütün bu məsələlərə aydınlıq gətirib.

Onun sözlərinə görə, artıq qazanxanaların 85 %-dən çoxunun fəaliyyəti bərpa edilib, bu rəqəm günün sonuna qədər 100%-ə çatdırılacaq.

Qeyd edək ki, istilik mövsümü dağ və dağətəyi rayonlarıda noyabrın 1-də, digər ərazilərdə, o cümlədən paytaxt Bakıda isə noyabrın 15-də başlayır. 2020-2021-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3 870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1 950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.