AzTV-dən İran televiziyasına şillə kimi cavab – VİDEObackend

AzTV-dən İran televiziyasına şillə kimi cavab – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) “Həftə” proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında İranın “Səhər” telekanalını sərt tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən Trend-ə verilən məlumata görə, İranın “Səhər” telekanalı Azərbaycana qarşı informasiya siyasətini, təhqir və hədə kampaniyasını davam etdirir.

“İran mediası Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyədə keçirilən prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmasından narahat olub.

İranın Azərbaycan və Ermənistan Prezidentlərinin qardaş Türkiyədə görüşməsindən narahat olduğunu dilə gətirən Rövşən Məmmədov iki ölkə arasında münasibətlərin düzəlməsindən ehtiyatlanan İranın Ermənistanın əlindən çıxacağından qorxduğunu bildirib” – deyə əlavə olunub.

Qeyd edək ki, R.Məmmədovun ölkəmizə qarşı qarayaxma kampaniyası aparan İran kanalına verdiyi cavabı daha ətraflı izləyə bilərsiniz: