Bağça müdirinə cinayət işi açıldıbackend

Bağça müdirinə cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qanunsuz əməllərə yol vermiş bağça müdiri barəsində cinayət işi başlanıb.

Yasamal rayon prokurorluğundan NOCOMMENT.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən 98 nömrəli körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında araşdırma aparılıb.

Araşdırma zamanı körpələr evi-uşaq bağçasının müdiri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə 2018-2022-ci illər ərzində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə, bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılmasına və faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əməkhaqqı sənədlərinin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir.