Bağçaya qəbul da elektron qaydada olacaq – RƏSMİ AÇIQLAMAbackend

Bağçaya qəbul da elektron qaydada olacaq – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birinci sinfə qəbul, məktəbəqədər təhsilə qəbul, o cümlədən, şagird yerdəyişməsi ilə bağlı elektron sistemlər mövcuddur. İnandığım budur ki, bunu qısa müddətdə məktəbəqədər təhsilə də tətbiq etmək mümkündür”.

NOCOMMENT.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

“İkinci məsələ tərbiyəçilərin işə qəbulu məsələsidir. Burada da müəllimlərin işə qəbulu mexanizminə bənzər mexanizmin olması vacibdir. Düşünürəm ki, növbəti ildən başlayaraq bu mexanizmləri tətbiq edə biləcəyik.

O cümlədən, məktəbəqədər təhsil müəssisələrinin rəhbər şəxslərinin müsabiqə əsasında işə qəbulu olduqca vacib məsələdir”, – deyə nazir qeyd edib.