Bakı Ayaqqabı Fabrikinin rəhbəri dəyişibbackend

Bakı Ayaqqabı Fabrikinin rəhbəri dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Sənaye Korporasiyası” ASC-ə məxsus “Bakı Ayaqqabı Fabriki” ASC-nin direktoru İlham Bağırov işdən çıxıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Anar Dadaşova həvalə edilib.

Xatırladaq ki, “Bakı Ayaqqabı Fabriki” 2018-ci ildən fəaliyyət göstərən “ASK Ayaqqabı Fabriki” MMC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 7 851 794 manatdır. Şirkət adından da göründüyü kimi ayaqqabı istehsalı ilə məşğuldur.