Bakı metrosunda qatar tüstüləndibackend

Bakı metrosunda qatar tüstüləndi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçilər” metrostansiyasında qatar tüstüləyib.

NOCOMMENT.az xəbər verir ki,  “İçərişəhər” istiqamətində hərəkət edən qatar “Neftçilər” stansiyasında tüstülənmə səbəbindən dayanmayıb və geri qayıdıb.

Tüstülənmənin başvermə səbəbi hələlik məlum deyil.

“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Musavat.com-a bildirib ki, qatarların geri qayıtması hər gün baş verən adi bir prosesdir:

“Hər gün qatarları “Neftçilər” stansiyasının dalanından geri qaytarırıq. Məsələn, səhər saatlarında həmin qatar “Koroğlu” stansiyasına qədər boş gəlir. Gün ərzində bu cür əməliyyatlar 6–7 dəfə həyata keçirilir. Orada qeyri-adi heç nə yoxdur”,- deyə o qeyd edib.

B. Məmmədov qatarın tüstüləməsi ilə bağlı suallara da aydınlıq gətirib:

“Metroda kəskin iy hiss olunanda havalandırma qurğusunu işə salırlar və qoxu bir neçə dəqiqə ərzində yox olur. Bu, yalnız həmin qoxunun müşahidə olunması ilə bağlıdır”,- deyə o bildirib.