Bakı Metropolitenində qatarların hərəkəti tam bərpa olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.
Bildirilib ki, sistem tam gücü ilə fəaliyyət göstərir:
“Bütün xətlər üzrə hərəkət stabil təşkil edilir. Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir. Texniki sistemlər üzərində nəzarət gücləndirilib, monitorinq fasiləsiz davam edir”.
Qeyd edək ki, 21 aprel tarixində Bakı metrosunda problem yaranmışdı. Stansiyaların giriş-çıxışı bir müddətlik bağlanmışdı.










