Bakı-Quba yolunda avtomobil betona çırpılıb, tıxac yaranıbbackend

Bakı-Quba yolunda avtomobil betona çırpılıb, tıxac yaranıb 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba yolunda qəza hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

99 BM 466 dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsi deformasiya uğrayıb, ciddi ziyan dəyib. Qısa müddətdə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu bağlanıb, tıxac yaranıb. Nəqliyyat vasitəsi hadisə yerindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.