Bakı, Sumqayıt və Abşeronda bu qadağa yenidən qüvvəyə mindi: Sonuncu dəfə?backend

Bakı, Sumqayıt və Abşeronda bu qadağa yenidən qüvvəyə mindi: Sonuncu dəfə?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıt şəhərlərində, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini dayandırır.

NOCOMMENT-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, bu gün saat 00:00-dan 28 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırılır.

Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub.