“Bakı Taksi Xidməti” 25 min manat cərimələnə bilərbackend

“Bakı Taksi Xidməti” 25 min manat cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Taksi Xidməti” MMC barəsində inzibati iş başlanıb.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə ittiham olunur.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsində göndərilib və hakim Xalidə Əlisoyun icraatına verilib.

192.1-ci maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.