Bakı tramvayı: Köhnə xəttlər bərpa ediləcək?backend

Bakı tramvayı: Köhnə xəttlər bərpa ediləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının baş planına əsasən, paytaxt ərazisində tramvay xətlərinin bərpası da nəzərdə tutulub. Tramvay-elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə olunacaq.

NOCOMMENT.az xəbər verir ki, məsələni bakupost.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, tramvay xətlərinin bərpası üçün bir sıra küçələrdə plan üzrə tədqiqat aparılması mümkündür.

ekspert

“Lakin 90-cı illərə qayıdıb bu planla hərəkət etmək mümkün deyil. Çünki artıq bəzi küçələr buna imkan vermir. Köhnə tramvay xətlərinin olduğu ərazilərin çoxunda yaşayış və iaşə obyektləri tikilib. Ona görə də orada tramvay xəttlərinin çəkilməsi mümkünsüzdür. Bu, nəqliyyatın hərəkətini poza bilər. Lakin 8 noyabr, Babək prospektlərində, şəhərin bəzi mərkəzi küçələrində (məsələn, Rəşid Behbudov küçəsi) və s. tramvay xətti çəkmək mümkündür”.