Bakıda ambulans qəzaya uğrayıb, həkim xəsarət alıbbackend

Bakıda ambulans qəzaya uğrayıb, həkim xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsim rayonunda ağır yol qəzası qeydə alınıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, dövlət qeydiyyat nişanı olmayan “Khazar” markalı avtomobili idarə edən sürücü işıqforun qırmızı işığında hərəkət edib. Bu zaman, minik avtomobili kəsişən yolla hərəkət edən ambulansla toqquşub.

Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.