Bakıda bəzi fərdi evlər söküləcəkbackend

Bakıda bəzi fərdi evlər söküləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonu, Zığ qəsəbəsi sürüşmə sahəsində yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti bununla bağlı işlərə başlayıb.

Söküntü işləri başa çatdıqdan sonra ərazi təmizlənəcək.

İcra hakimiyyəti söküntü işləri ilə bağlı “Fasttech” MMC ilə 11,1 min manat dəyərində müqavilə imzalayıb.