Bakıda bu küçədə yol çökdü, təhlükəli vəziyyət yarandı – Fotolarbackend

Bakıda bu küçədə yol çökdü, təhlükəli vəziyyət yarandı – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntensiv yağışlardan sonra Bakının daha bir küçəsində yolun hərəkət hissəsində çökmə yaranıb.

NOCOMMENT.az xəbər verir ki, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində – Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Şöbəsinin qarşısında asfalt örtüyü çöküb. Nəticədə yolda sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

Ərazidə xəbərdarlıqedici nişanın qoyulmaması, çökmüş yerin lentlə əhatəyə alınmaması da riski artırır.

Həmin ərazidən görüntüləri təqdim edirik:

//qafqazinfo