Dondurma bilib yediyimiz əslində zəhər imiş – FOTObackend

Dondurma bilib yediyimiz əslində zəhər imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Bakı şəhərinin Səbail rayonu, Neftçilər prospektində fəaliyyət göstərən, fiziki şəxs Əmirxan İntiqam oğlu Əliyevə məxsus dondurma emalı və satışı obyektində AQTA əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Obyektdə satışı həyata keçirilən “Kapra” MMC-yə məxsus “Kaprado” əmtəə nişanlı müxtəlif çeşidli dondurma məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində “Enterobacteriaceae” bakteriyasının normadan yüksək olduğu məlum olub.

Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək nöqsanlar aradan qaldırılanadək obyektdə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb. Obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız dondurma məhsullarının satışının qarşısı alınıb.