Nikaraquada avtobus qəzaya uğrayıb, 16 nəfər ölübbackend

Nikaraquada avtobus qəzaya uğrayıb, 16 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikaraquanın Mataqalpa departamentinin Mansera bələdiyyəsinin yaxınlığında avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin “19digital” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, avtobusun aşdığı qəzada ölmüş 16 nəfərdən altısı həddi-büluğa çatmamış şəxslərdir. Eyni zamanda, olayda 20-dən çox insan yaralanıb, onlara tibbi yardım göstərilib.

İlkin məlumata görə, avtobusun aşmasına səbəb nəqliyyat vasitəsinin körpünün hasarına çırpılması olub.