Bakıda minə yaxın sürücü və onlarla parkovşik cərimələnibbackend

Bakıda minə yaxın sürücü və onlarla parkovşik cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar 1000-ə yaxın sürücü cərimələnib.

Bu barədə NOCOMMENT-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.

O bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı özlərini “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılaraq cərimə edilib.

“Yol polisi tərəfindən qanunsuz parklanması ilə əlaqədar reydlər davam etdirilir”, – deyə DYP rəsmisi vurğulayıb.