Bakıda özünü dənizə atan şəxsi polis xilas etdibackend

Bakıda özünü dənizə atan şəxsi polis xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonunda intihara cəhd olub.

NOCOMMENT xəbər verir ki, mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib.

Həmin şəxsin Quba rayon sakini Novruz Novruzov olduğu məlum olub. Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar.

N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.