Bakıda taksi sürücüsündən sərnişinə qarşı hörmətsizlik: “Anan özünü apara bilmir” – VİDEObackend

Bakıda taksi sürücüsündən sərnişinə qarşı hörmətsizlik: “Anan özünü apara bilmir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən biri sərnişinlərinə qarşı hörmətsizlik edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə sərnişin məlumat verib.

O bildirib ki, anası ilə birgə Bakının Yasamal rayonunda mobil tətbiq vasitəsilə taksi sifariş verib.

Getmək istədikləri məsafə isə “Musabəyov parkı”ndan Yeni Yasamal yaşayış massivi olub.

Maşına mindikdən sonra qadın sürücüyə deyib ki, İnşaatçılar metrosunda düşəcək. Sürücü isə həmin ünvanın tətbiq yazılmadığını bildirib.
Halbuki Yeni Yasamala getmək üçün məcbur İnşaatçılar metrosundan keçmək gərəkdir.

Yaranmış vəziyyətdə sərnişinlər metro ilə bağlı ikinci ünvan qeyd edəcəklərini və əlavə ödəniş edəcəklərini deyiblər. Sürücü isə onları aparmaq imtina etdiyini vurğulayıb.

Taksi sürücüsü və sərnişinlər arasında yaranmış mübahisəni olduğu kimi təqdim edirik: