Bakıda xəstəxanada qadının ölümü ilə bağlı cinayət işi başlanılıbbackend

Bakıda xəstəxanada qadının ölümü ilə bağlı cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 11-də Arzu Süleymanovanın “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.