Bakıda yük avtomobili beton maneəyə çırpıldı – Ölən varbackend

Bakıda yük avtomobili beton maneəyə çırpıldı – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yük avtomobili beton maneəyə çırpılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, Binəqədi rayonu ərazisində “QAZel” markalı yük avtomobilinin beton maneəyə çırpılıb və xilasedici köməyinə ehtiyac yaranıb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Quliyev Nazim Əhliman oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.