Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? – VİDEObackend

Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yolu qaçaraq keçməmək mümkün deyil… Keçidin olmaması piyadaların hərəkətini çətinləşdirir…

NOCOMMENT.az xəbər verir ki, söhbət paytaxtın Mehdi Mehdizadə küçəsindən gedir. Sözügedən ərazidən üzü ”28 may” küçəsi istiqamətində piyada zolaqları arasında məsafə çox olduğu üçün sakinlər əziyyət çəkirlər.

Hərəkətin intensiv olduğu yolun ən çox piyadalar istifadə etdiyi yerdə zolaq yoxdur. Bu səbəbdən, sakinlər, yolun, avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissəsindən istifadə etməyə məcbur olurlar.

Bu vəziyyət piyadalar üçün, xüsusən də yaşlılar və uşaqların yolu keçməsində  təhlükəli vəziyyət yaradır. Piyadalar deyirlər ki, burda qəza riski hər an var.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan, ”Xəzər Xəbər”ə bildirildi ki, əraziyə baxış keçirilib və piyada keçidinin təşkilinə uyğun hesab olunub. Sözügedən yol sahəsində işıqforla nizamlanan piyada keçidinin təşkili ilə bağlı aidiyyəti quruma müraciət olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.