“Türkiyəyə əl uzadan hər kəs yanacaq” – Ərdoğandan ŞOK XƏBƏRDARLIQbackend

“Türkiyəyə əl uzadan hər kəs yanacaq” – Ərdoğandan ŞOK XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə artan gərginlik fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədəki təhlükəsizlik vəziyyəti ilə bağlı sərt açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə öz suverenliyinə yönələn hər hansı təhdidə qətiyyətlə cavab verəcək.

Prezident çıxışında vurğulayıb ki, Türkiyənin başqa dövlətlərin əraziləri ilə bağlı heç bir iddiası yoxdur, lakin ölkənin təhlükəsizliyi və suverenliyi təhlükə altına düşərsə, Ankara buna laqeyd qalmayacaq.

“Türkiyəyə əl uzadan, haqqında pis danışan hər kəs yanacaq. Bizim heç bir ölkənin suverenliyi və ya əraziləri ilə bağlı niyyətimiz yoxdur. Amma kimsə torpaqlarımıza tamah salırsa, suverenliyimizi təhdid edirsə və macəra axtarırsa, onlara meydan oxumaqdan çəkinməyəcəyik”, – deyə o qeyd edib.

Türkiyə lideri əlavə edib ki, Ankara regionda sabitlik və təhlükəsizliyin qorunmasının tərəfdarıdır, lakin ölkənin milli maraqları təhlükə altına düşərsə, bütün lazımi addımlar atılacaq.

Turan
NOCOMMENT.az