Banklarda əmanətləri olan vətəndaşlara XOŞ XƏBƏRbackend

Banklarda əmanətləri olan vətəndaşlara XOŞ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti ildən bank əmanətləri üzrə əhaliyə yeni mexanizmlə vergi güzəştlərinin tətbiq olunması nəzərdə tutulur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunur.

Belə ki, dəyişikliyə əsasən, əhalinin yalnız milli valyutada banklarda yerləşdirdiyi əmanətlər üzrə faiz gəlirlərinin 200 manata qədər olan hissəsi vergidən azad edilir.

Vətəndaş tərəfindən banka yerləşdirilən əmanətin müddəti 18 aydan az deyilsə, bu zaman həmin əmanətlər 1 yanvar 2024-ci ildən başlayaraq 3 il müddətinə bütün faiz gəlirlərindən azad ediləcək.