Baqdasarov: Paşinyan Rusiyaya qarşı bu ölkə ilə işləyirbackend

Baqdasarov: Paşinyan Rusiyaya qarşı bu ölkə ilə işləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və AB artıq Ermənistan-Azərbaycan sərhədində təmasdadılar. Rusiyanın Ermənistandan, deməli, Cənubi Qafqazdan tam çıxarılması zamanın, üstəlik, çox qısa zamanın işidir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu Yaxın Şərq və Mərkəzi Asiyanın Tədqiqi Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik Semyon Baqdasarov deyib.

“Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, orada Rusiyanın və hərbi qüvvələrinin əhəmiyyətli rolu var. Əgər Ukraynada xüsusi əməliyyat uzanarsa, o zaman yaxın bir-iki ildə Rusiyanın Cənubi Qafqazda mövcudluğu ciddi şəkildə azalacaq. Nikol Paşinyan amerikalılarla açıq işləyir – bu da çox şey deyir”, – deyə o bildirib.