Paşinyanla Putin RAZILAŞDI – Rus hərbçilər…backend

Paşinyanla Putin RAZILAŞDI – Rus hərbçilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Ermənistanın müxtəlif bölgələrində xidmətlərini dayandırırlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Bildirilib ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında aparılan danışıqlar uğurla nəticələnib.

Xatırladaq ki, bir neçə aydır ki, İrəvanın rus hərbçilərini ölkədən çıxaracağına dair məlumatlar yayılır.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd bölmələri 30 sentyabr 1992-ci il tarixli müqaviləyə əsasən fəaliyyət göstərir. Onlar Türkiyə və İranla sərhədlərin mühafizəsini həyata keçirirlər.