Baş nazir etiraz aksiyalarında iğtişaşların təşkilatçılarını xuliqan adlandırıbbackend

Baş nazir etiraz aksiyalarında iğtişaşların təşkilatçılarını xuliqan adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Donald Tusk Polşa hakimiyyətinin kənd təsərrüfatı sahəsində siyasətindən narazı olan fermerlərin Varşavada keçirdiyi etiraz aksiyalarının xuliqanlar tərəfindən təşkil edildiyini bildirib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Buxarestə getməzdən əvvəl bu barədə məlumat verib.

“Mən xuliqanlarla danışmayacağam, fermerlərlə danışacağam”, – deyə Polşanın baş naziri yekunlaşdırıb.

Bundan əlavə, Polşa Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, polisin özləri tərəfindən iğtişaşlar törətməsi ilə bağlı şayiələr əsassızdır.

Bundan əvvəl Polşa hakimiyyətinin kənd təsərrüfatı sahəsində siyasətindən narazı qalan fermerlər Varşavada etiraz aksiyasına çıxıblar.