Baş Prokurorluq “Şimal axını”nda baş verən partlayışlarla bağlı istintaqın gedişatını açıqlayıbbackend

Baş Prokurorluq “Şimal axını”nda baş verən partlayışlarla bağlı istintaqın gedişatını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində baş verən partlayışlarla bağlı araşdırması davam edir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov deyib.

“Araşdırmamız irəliləyir. Hazırda qaz kəmərlərinin zədələnməsinin səbəblərini, onların yerini, partlayıcı qurğuların xüsusiyyətlərini və gücünü müəyyən etmək üçün texniki ekspertizası aparılır”, – Krasnov bildirib.

O qeyd edib ki, Qərb ölkələrinin (Almaniya, Danimarka, Finlandiya, İsveçrə və İsveç) Rusiya Federasiyası ilə birgə partlayışları araşdırmaqdan imtina etmək qərarı onların real araşdırma aparmamasından xəbər verir.

Krasnovun sözlərinə görə, magistralın zədələnməsi Qərbin razılaşmadığı təxribat deyil, terror aktıdır.