Baydendən Ərdoğana bir cümləlik cavab: Artıq oradan keçmişikbackend

Baydendən Ərdoğana bir cümləlik cavab: Artıq oradan keçmişik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden həftə sonu istirahətini bitirib Ağ Evə qayıtdıqdan sonra ona verilən ilk sual Türkiyə ilə bağlı olub.

NOCOMMENT.az xəbər verir ki, ABŞ liderindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan ikinci “S-400” partiyasının alınacağı ilə bağlı açıqlaması soruşulub.

Jurnalistlərin suallarını cavablandıran Bayden buna bir cümlə ilə cavab verib: “Artıq oradan keçmişik”.

Prezident Ərdoğan Türkiyənin Rusiyadan ikinci partiya “S-400” almağı planlaşdırdığını söylədikdən sonra ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib.
Teleqraf.com