Baydendən miqrantlarla bağlı QƏRARbackend

Baydendən miqrantlarla bağlı QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ höküməti 2022 -ci maliyyə ili üçün qaçqın qəbulu limitini qaldıracaq.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yazılı açıqlamasına görə, Bayden administrasiyası 2022 -ci maliyyə ili üçün qaçqın qəbul limitini iki dəfə artırmağa hazırlaşır.

Buna görə Bayden rəhbərliyi 2021 -ci il üçün 62.500 olaraq təyin etdiyi qaçqın limitini növbəti maliyyə ili üçün 125.000 -ə yüksəltməyi planlaşdırır.

Qərarın ABŞ dövlət katibi Entoni Blinken tərəfindən Konqres üzvləri ilə müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, 20 Yanvar 2021 -ci il tarixindən vəzifəyə başlayan Bayden qaçqın qəbul limitini 62.500 -ə qaldırsa da, 2020 -ci ilin oktyabr -2021 -ci il avqust ayları arasında ABŞ -a yalnız 7.637 qaçqın qəbul edilib.

Tərcümə: Jalə Bədirova