İsrail əməliyyatlar üçün hər şeyə malikdirbackend

İsrail əməliyyatlar üçün hər şeyə malikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail ordusu Rəfahda əməliyyatlar keçirmək üçün lazım olan hər şeyə malikdir.”

NOCOMMENT.az xəbər verir ki, bu sözləri İsrail ordusunun mətbuat kaitibi Daniel Haqari bildirib.

Haqarinin bəyanatı Birləşmiş Ştatlarla yaşanan fikir ayrılığından sonra gəlib. Belə ki, Ağ Ev rəhbəri Co Bayden ötən həftə İsrailə böyük həcmli bombaların göndərilməsinin dayandırılmasına qərar verib.

Bu addım, İsrail hökümətinin Rəfahla bağlı qərarlarını yenidən nəzərdən keçirməsinə səbəb olub.